"Sumqayıt" daha bir futbolçu ilə güclənib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda yığmamızın qapıçısı Kamran Ağayevi heyətinə qatıb. 30 yaşlı qolkiper "kimyaçılar"la 1 illik müqavilə imzalayıb.
2008-ci ildən Azərbaycan millisinin şərəfini qoruyan Kamran Ağayev yığmamızla 60 dəfə meydana çıxıb.