Davud Kərimi: "Bizi ağır rəqabət gözləyir"

17:59 4 Avqust 2016

Davud Kərimi “Kəpəz”in yeni transferlərindən biridir. Gəncə təmsilçisi üçün yad sima hesab olunmayan qapıçı iki il oncə də “sarı-göylər”in şərəfini qoruyub. 


Sportarena.az xəbər verir ki, klubun saytına açıqlama verən Kərimi Topaz Premyer Liqasına hazırlıqla bağlı fikirlərini bölüşüb: “Çempionata hazırlığımız yüksək səviyyədə gedir. Avropa Liqasında mübarizəni başa vurduqdan sonra bütün diqqətimizi çempionata yönəltmişik. Rəqiblərimizin hər biri güclüdür, bunu yaxşı dərk edirik. Bu mənim “Kəpəz”də ikinci mövsümüm olacaq.


Bilirsiniz ki, bir müddət öncə komanda birinci divizionda çıxış edərkən heyətdə idim. Təbii ki, aşağı liqa ilə Premyer Liqa eyni səviyyəli yarış deyil. Elə “Kəpəz” də əvvəlki komanda kimi görünmür. Kollektivimiz indi daha güclüdür. Komandaya diqqət və qayğı var. Aydın məsələdir ki, çempionatda işimiz çətin olacaq. Bizi ağır rəqabət gözləyir. Çünki bütün klublar güclüdür, zəif rəqib yoxdur”.


Digər xəbərlər

Xəbər xətti