Peşəkar Futbol Liqası "Qarabağ" və "İnter" arasında Premyer Liqanın 1-ci turu çərçivəsində keçiriləcək oyunun yerinin dəyişdirilməsi ilə bağlı açıqlama yayıb.
Sportarena.az xəbər verir ki, açıqlamada bunlar qeyd olunub:
“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, ev oyunlarını keçirdiyi “Azersun Arena” stadionunun ot örtüyündə yenilənmə işlərinin getdiyini və bu səbəbdən Premyer Liqanın 1-ci turunun “Qarabağ” – “İnter” matçının “İnter Arena”da keçirilməsinə razılıq verilməsini xahiş edib. Yuxarıda göstərilənləri və “İnter” klubunun razılığını alan PFL aşağıdakı dəyişiklikləri həyata keçirib.
1. Premyer Liqanın 1-ci turunun “Qarabağ” – “İnter” matçı 7 avqust tarixdə “İnter Arena”da keçirilsin.
2. 1-ci turda meydan sahibi “İnter” klubu, iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Qarabağ” klubu təsdiq edilsin.