"Qarabağ"ın oyununun yeri dəyişdirildi

13:09 4 Avqust 2016

Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün 1-ci turunda baş tutacaq "Qarabağ" – "İnter" matçının proqramında dəyişiklik olub.


Sportarena.az xəbər verir ki, Ağdam klubunun stadionu - "Azərsun Arena"nın ot örtüyündə yeniləmə işləri aparıldığı üçün "İnter"lə ilk oyun səfərdə - "İnter Arena"da baş tutacaq.


Qarşılaşma avqustun 7-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti