Şahin Diniyev: "Artıq komandada rəqabət var"

14:30 3 Avqust 2016

Azərbaycan Premyer Liqasının startına sayılı günlər qalıb. “Kəpəz” 2016/2017-ci illər mövsümünün ilk turunda “Qəbələ”nin qonağı olacaq. Komanda avqustun 8-də keçiriləcək oyuna hazırlığı davam etdirir. 


Sportarena.az xəbər verir ki, "sarı-göylər”in baş məşqçisi Şahin Diniyev çempionata hazırlıqla bağlı klubun rəsmi saytına açıqlama verib: “Yeni mövsümə Avropa Liqası ilə pararlel hazırlaşmışıq. Qitə turnirində mübarizəni dayandırsaq da, bizi qarşıda gərgin çempionat gözləyir. Artıq ötən həftədən bütün diqqətlər Premyer Liqaya yönəlib. İlk həftəlik hazırlıq dövrünü “Şərurspor”a qarşı yoxlama görüşü ilə başa vurduq. Həmin matçda hər bir futbolçuya oynamaq şansı verdik. Bu oyun “Qəbələ” ilə çempionat qarşılaşması öncəsi test oldu. Mövqelərə və oyunçulara bir daha baxmaq istədim. Məlum limitlə bağlı seçim etdik. Komanda hazırda normal səviyyədədir. Avroliqadan sonra futbolçuları çempionata kökləmək bir qədər çətindir. Zədəli oyunçuların olmaması xoşdur. Artıq komandada rəqabət var və bu məni çox sevindirir”.


Digər xəbərlər

Xəbər xətti