Yeni mövsümün hazırlıqlarını başa vuran AZAL heyətini gücləndirməkdə davam edir. Paytaxt təmsilçisi bu gun daha bir futbolçu ilə müqavilə bağlayıb. Ötən mövsümü “Rəvan”da keçirən Ramazan Abbasov bundan sonra AZAL-ın şərəfini qoruyacaq. Yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.