"Sumqayıt" "Zirə" üçün hazırlaşır

10:06 2 Avqust 2016

Premyer Liqasının 2016/2017 mövsümünün ilk turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. 


Sportarena.az xəbər verir ki, bu gün Samir Abasovun rəhbərlik etdiyi komanda "Kapital Bank Arena"da axşam məşqinə çıxıb. 


Daha çox toplu çalışmalara üstünlük verən "Sumqayıt"ın heyətində zədəli futbolçular yer alır. Belə ki, müdafiəçi Mikayıl Rəhimov və hücumçu Maqomed Kurbanov axşam çalışmasını fərdi məşqlə tamamlayıb.


Digər xəbərlər

Xəbər xətti