Məşhur futbolçumuz karyerasını başa vurdu

14:55 1 Avqust 2016

Ötən mövsümü "Zirə"də keçirdən və mövsüm başa çatandan sonra klunbdan ayrılan Rəşad Abdullayev futbolçu karyerasını başa vurmağa qərar verib.
 

Premyer Liqa klublarından təklif almayan 35 yaşlı futbolçu futboldan getməyə qərar verib. Abdullayev bundan sonra məşqçi kimi çalışacaq. Sonuncu klubu "Zirə" ona təklif göndərib və o da bu təklifi qəbul edib. Rəşad Zirə təmsilçisinin futbol akademiyasında çalışacaq. 


Qeyd edək ki, Rəşad karyerasına "Xəzər Universiteti"ndə başlasa da ən parlaq dönəmini "Xəzər Lənkəran" və "Neftçi"də keçirdib. Eyni zamanda "Qəbələ", "Rəvan" və AZAL-da da forma geyinib.


Digər xəbərlər

Xəbər xətti