Türkiyə toplanışını başa vuraraq Vətənə qayıdan "İnter" növbəti mövsümə hazırlıqlarını Bakıda davam etdirir.
Bu gün "İnter" FK Bakı Olimpiya Stadionunun yardımçı meydançasında "Qaradağ-Lökbatan" ilə yoxlama matçı keçirdi. Oyun 2:0 hesabıyla "bankirlər"in xeyrinə başa çatdı. "İnter"in heyətində Rauf Əliyev və Adrian Skarlatake fərqləndilər.