Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Kəpəz” yoxlama oyunu keçirəcək.
Sportarena.az klubun rəsi saytına istinadən xəbər verir ki, “sarı-göylər” çempionatın startı öncəsi “Şərurspor” ilə qarşılaşacaq. Birinci divizion təmsilçisi ilə oyun iyulun 1-dəAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olacaq. Matç saat 17:00-da başlayacaq.