Türkiyə toplanışını başa vuraraq vətənə qayıdan "İnter" FK növbəti mövsümə hazırlıqlarını Bakıda davam etdirir.
Sportarena.az xəbər verir ki, məşqlərini İdman və Bədən Tərbiyəsi Akademiyasının stadionunda keçirən "İnter" sabah yoldaşlıq matçında qüvvəsini sınayacaq. "Bankirlər" "Qaradağ-Lökbatan" klubu ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionun yardımçı meydançasında baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.