"Neftçi" Rumıniya millisinin və "Rapid"in keçmiş futbolçusu Katalin Tira ilə razılığa gəlib.
Sportarena.az xəbər verir ki, bu barədə Rumıniy mətbuatı məlumat yayıb.
Məlumata görə, "Rapid"in elitadan uzaqlaşdırılmasından sonra futbolçu komandadan ayrılıb və "Neftçi"yə keçməyə qərar verib.
Futbolçunun bu gün Bakıya gələcəyi gözlənilir.
Qeyd edək ki, Tira karyerasına Hollandiyanın "Den Haaq" klubunda başlayıb. 2014/15 mövsümündə Rumıniya "Braşov"unda 19 oyunda 2 qol vurub. Son iki mövsümdə isə "Konkordiya" və "Rapid"ə çıxış edib. Rumıniyanın gənclərdən ibarət yığmasında 3 oyun keçirib, 1 qol vurub.