Adil Şükürov: "Çempionatın gedişində istədiyimiz səviyyəyə çatacağıq"

10:34 30 İyul 2016

“Yaxşı komplektləşmiş komandaya qarşı oynadıq. “Göztəpə”nin özünəməxsus oyun üslubu olsa da, biz də öz oyunumuzu diqtə etməyə çalışdıq. Bəzi epizodlarda bu alınırdı. Ancaq yetərli səviyyədə olmadı”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov “Göztəpə” ilə yoldaşlıq oyunundan (1:1) sonra deyib.


Klubun rəsmi saytına danışan baş məşqçi  matçın  əvvəlində yaxşı oynadıqlarını bildirib: “Qoldan sonra rəqib daha üstün idi. Yay hazırlığının səmərəli keçirdiyimizi düşünürəm. Türkiyə toplanışını da yüksək səviyyədə keçirdik. Bununla belə komanda hələ tam hazır deyil. Taktiki cəhətdən işlərimiz çoxdu. Çempionatın gedişində istədiyimiz səviyyəyə çatacağımızı düşünürəm”.


Digər xəbərlər

Xəbər xətti