"Qarabağ" "Kəpəz"i darmadağın etdi

22:51 29 İyul 2016

“Kəpəz”in əvəzedici komandası yeni mövsüm öncəsi hazırlıq planı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. “Sarı-göylər” Qəbələdə “Qarabağ”ın əvəzediciləri ilə qarşılaşıb.

Oyunun ilk yarısı başa-baş mübarizə şəraitində keçib və hesab açılmayıb. Fasilədən sonra məşqçilər korpusu meydanda əsasən yeni futbolçulara oynamaq şansı yaradıb. Bu hesabda da özünü göstərib. Matç Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. 


Digər xəbərlər

Xəbər xətti