"Qəbələ"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubu ilə səfərdəki heç-heçəsi Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını zənginləşdirib.
Sportarena.az xəbər verir ki, "Qəbələ"nin qazandırdığı növbəti 0,125 xal sayəsində Azərbaycanın xal ehtiyatı 15,625-ə yüksəlib.
Ölkəmiz bu göstərici ilə yenə də 24-cü pillədə qalıb.