AZAL hazırlığa yoxlama oyunu ilə yekun vuracaq

15:51 28 İyul 2016

İyunun 20-dən etibarən hazırlıga başlayan AZAL təlim-məşq toplanışını davam etdirir. "Təyyarəçilər" iyulun 30-da son yoxlama oyununu keçirəcək. Bu dəfə rəqib birinci divizyon təmsilçisi “Qaradag Lökbatan” olacaq. “AZAL Arena”da baş tutacaq görüş saat 18:00-da başlayacaq. Qeyd edək ki, bununla da komanda mövsümün hazırlığına yekun vuracaq. Birgünlük istirahətdən sonra futbolçular yenidən bir araya gələrək “Neftçi” ilə görüşün hazırlıgına start verəcək.

 


Digər xəbərlər

Xəbər xətti