"Qarabağ" xal ehtiyatımızı yaxşılaşdırdı

17:16 27 İyul 2016

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ın Çexiyada “Viktoriya” ilə səfər qarşılaşmasında qeydə alınan 0:0 hesablı nəticə əmsalımızın artımına səbəb olub. 


Sportarena.az xəbər verir ki, bununla da ölkəmiz reytinq cədvəlində daha 0.125 qazanıb.


Hazırda Azərbaycanın 15.500 reytinq xalı var. Bu göstərici ilə ölkəmiz əvvəlki kimi, 24-cü pillədədi.


Qeyd edək ki, bu mövsüm ölkəmizin reytinq əmsalını “Qəbələ” 0.750, “Qarabağ” 0.500, “Kəpəz”lə “Neftçi” isə 0.375 xal zənginləşdirib. 


Digər xəbərlər

Xəbər xətti