“Sumqayıt” Futbol Klubu Türkiyənin Bolu bölgəsindəki hazırlıq prosesini başa vuraraq vətənə qayıdıb.
Sportarena.az xəbər verir ki, baş məşqçi Samir Abasov komandaya 2 günlük istirahət verib. Komanda iyulun 29-da etibarən "Kapital Bank Arena"da "Zirə" ilə oyunun hazırlığına başlayacaq.