Qurban Qurbanov "Qarabağ"da 350-yə çatdı

13:30 27 İyul 2016

Çempionlar Liqasının III təsnifat mərhələsində dünən baş tutan "Viktoriya Plzen"lə ilk oyun "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün yadda qalan olub. 


Sportarena.az xəbər verir ki, komanda Qurban Qurbanovun başçılığı altında 350-ci matçına çıxıb.


Bu 350 matçda "Qarabağ" 189 qələbə qazanıb, 96 heç-heçə edib və 65 dəfə məğlub olub.


Komandanın baş məşqçimiz Qurban Qurbanovun rəhbərliyi altında keçirdiyi 350 matçdan 258-i çempionat, 55-i avrokubok (11-i Çempionlar Liqası, 44-ü Avropa Liqası), 37-si Azərbaycan kubokuna təsadüf edib.


Digər xəbərlər

Xəbər xətti