I Divizionda mübarizə aparan "Neftçala"nın hücumçusu David Canalidze AZAL-da çıxış edə bilər.
Sportarena.az xəbər verir ki, gürcüstanlı hücumçu Premyer Liqamızda mübarizə aparan AZAL komandasının düşərgəsindədi. "Təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov hücumda gördüyü futbolçuya artıq yoxlama oyunlarında şans verib.
Məşqçilər korpusu qonşu ölkədən olan hücumçuyla bağlı yaxın günlərdə qərar verəcək. Futbolçunun oyunu Tərlan Əhmədovu qane etsə, onunla 1 illik müqavilə imzalanacaq.