"İnter" Türkyə klubunu darmadağın etdi

23:12 24 İyul 2016

Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter" klubu  bu gün növbəti yoxlama oyunu keçirib.
 
 "bankirlər" superliqa təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşıb. 

Oyun "İnter"in 4:0 hesablı qələbəsi ilə başa çatıb. Samir Zərgərov dubl edib, Fuad Bayramovla  Mirhüseyn Seyidov isə hərəyə bir dəfə fərqlənib.
 
Qeyd edək ki, "İnter" bundan əvvəlki yoxlama matçlarında "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəlmiş, "Elazığspor"la qolsuz heç-heçə etmişdi. 


Digər xəbərlər

Xəbər xətti