"Zirə" Türkiyə klubları ilə qarşılaşacaq

11:30 24 İyul 2016

Türkiyənin Bolu şəhərində təlim məşq toplanışında olan “Zirə” sabah ilk yoxlama oyununu keçirəcək.


Sportarena.az xəbər verir ki, Adil Şükürovun komandası Türkiyə PTT 1-ci liqasında mübarizə aparan “Qaziantep BB” klubu ilə qarşılacaq.


“Fənərbaxça”nın Topuk Yaylasında yerləşən təlim bazasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.  İyulun 29-da isə “Zirə” “Göztəpə” ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti