"Qarabağ" UEFA-nın reytinqində irəlilədi

10:53 24 İyul 2016

"Qarabağ" futbol klubu UEFA-nın reytinqində irəliləyib.


Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə Lüksemburqun "Düdelanj" klubu ilə 1:1 hesablı bərabərə qalaraq növbəti mərhələyə yüksələn "Qarabağ" 3 pillə irəliləyərək 117-ci yerə yüksəlib.


Hesabına 0.525 xal əlavə edən Ağdam təmsilçisi son 5 mövsümün nəticələrinə əsasən əmsalını 14.025-ə çatdırıb.


Digər xəbərlər

Xəbər xətti