“Kəpəz”in əvəzedici komandası qarşıdakı mövsümün hazırlığını davam etdirir.
Sportarena.az xəbər verir ki, komanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. “Sarı-göylər” Gəncədə birinci divizionun iştirakçısı “Göyəzən” ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.