"İnter" növbəti mövsümə hazırlıqlarını Türkiyədə davam etdirir.
Sportarena.az xəbər verir ki, iyul 22-də "İnter" Türkiyə təmsilçisi Elazığspor" ilə görüşəcək. Oyun Bakı vaxtıyla saat 19:00-da başlayacaq.
Komanda toplanış çərçivəsində daha iki rəqiblə qarşılaşmağı planlaşdırır. İylun 24-də "İnter" Türkiyənin daha bir komandası - "Gənclərbirliyi" ilə qarşılaşacaq. Növbəti gün komanda daha bir yoxlama matçını keçirməyi planlaşdırır. Bu dəfə "İnter"in Gürcüstanın "Kolheti Poti" komandasıyla qarşılaşacağı gözlənilir.