"Sumqayıt" Gürcüstan klubu ilə bərabərə qaldı

00:44 21 İyul 2016

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” klubu növbəti yoxlama oyununu keçirib. 


Sportarena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Gürcüstan təmsilçisi Kutaisi "Torpedo"su ilə üz-üzə gəlib. 


Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Sumqayıt"ın yeganə qolu hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu vurub. 


Qeyd edək ki, "Sumqayıt" Boluda son yoxlama oyununu iyulun 25-də keçirəcək


Digər xəbərlər

Xəbər xətti