İyul ayının 15-də Türkiyədə baş verən məlum hadisələrlə bağlı “Zirə”nin qardaş ölkədə planlaşdırılan təlim-məşq toplantısına yollana bilmədiyi haqda xəbər vermişdik.
Sportarena.az xəbər verir ki, Türkiyədəki vəziyyəti nəzərə alan klub rəhbərliyi hazırlığın Bakıda davam etdirilməsini qərara almışdı. Ancaq qardaş ölkədə hadisələrin səngiməsi, yoxlama oyunları və hazırlıq üçün hava şəraiti baxımından daha əlverişli olan Bolu variantını yenidən gündəmə gətirdi. Belədə, baş məşqçi Adil Şükürovun istəyi ilə komanda bu gün səhər qardaş ölkəyə yola düşdü. “Qartallar” Bolu toplantısı zamanı iki yoxlama oyununda qüvvəsini sınayacaq. Təlim-məşq toplanışı iyulun 30-dək davam edəcək.