Türkiyədə təlim-məşq toplanışını davam etdirən Bakı "İnter"i növbəti yoxlama oyununa çıxacaq.
Sportarena.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, rəqib bu dəfə də Türkiyə təmsilçisi olacaq.
"İnter" "Elazığspor"u sınağa çəkəcək.
Oyun iyulun 22-i, Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
Qeyd edək ki, "İnter" ilk yoxlama görüşündə "Kasımpaşa"ya qalib gəlib - 2:1.