Ruslan Əmircanovun yeni klubu müəyyənləşdi

16:17 17 İyul 2016

"İnter"dən ayrılan Ruslan Əmircanovun yeni iş yeri müəyyənləşib.
 

Sportarena.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını yenə Bakı klubunda davam etdirəcək. Belə ki, Ruslan AZAL-la anlaşma əldə edib. Futbolçu artıq baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında məşqlərə başlayıb. Onun 6 aylıq müqaviləyə imza atacağı deyilir.
 

Qeyd edək ki, Ruslan qış fasiləsində "Qəbələ"dən keçdiyi "İnter"in heyətində 20 rəsmi oyuna çıxıb. Əvvəllər "Ümid" (Bakı), "Ədliyyə", "Standard", "Neftçi" və "Qəbələ"nin formasını geyinən müdafiəçi əsas millimizin üzvü olub.//aut.az


Digər xəbərlər

Xəbər xətti