"Sumqayıt"ın Boludakı 5-ci günü

00:39 17 İyul 2016

Xəbər verdiyimiz kimi, 2 həftəlik Boluya təlim-məşq toplanışına yollanan "Sumqayıt" Türkiyədəki hazırlığını davam etdirir. 


Sportarena.az xəbər verir ki, komanda ötən gün 1 məşqlə kifayətlənib.


Yerli vaxtla saat 18:00-da start götürən hazırlıq prosesində baş məşqçi Samir Abasov taktiki çalışmalara üstünlük verib. Bir gün öncə "Al Khaleej" klubu ilə yoxlama matçında zədələnən Mikayıl Rəhimov məşqdə iştirak etməyib.


"Sumqayıt" bu gün 2 məşq əsnasında günü tamamlayacaq. Komanda saat 10:30 və 18:00-da meydana çıxacaq.


Digər xəbərlər

Xəbər xətti