"Zirə" Türkiyə səfərini ləğv etdi

15:27 16 İyul 2016

“Zirə” yay hazırlıq prosesinin növbəti mərhələsini keçirmək üçün bu gün səhər Türkiyəyə yola düşməli idi. Ancaq qardaş ölkədə baş verən məlum hadisələrə görə komanda səfərə çıxa bilməyib. Komandanın getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınıb. 
Klub rəhbərliyi hazırda Türkiyədə hökm sürən qeyri-sabit vəziyyəti nəzərə alaraq, bu ölkənin Bolu şəhərində nəzərdə tutulmuş təlim-məşq toplanışının ləğvinə qərar verib. Komanda hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.


Digər xəbərlər

Xəbər xətti