Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə ilk yoxlama oyununu keçirib.
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Samiq Abasovun komandasının ilk rəqibi Sudiyyə Ərəbistan təmsilçisi "Al Khaleej" klubu olub.
Görüş ərəblərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sumqayıt" növbəti yoxlama matçını iyulun 18-də keçirəcək. Hələlik rəqibin adı açıqlanmayıb.