"Qəbələ"də yeni məşqçi

10:09 16 İyul 2016

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqlarını davam etdirir. 

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, məşqlərini Qəbələdə davam etdirən ötən mövsümün çempionu yeni baş məşqçi Hüseynqulu Quliyevin rəhbərliyi altında hazırlıq keçir. 

O, əvəzedicilərlə Azərbaycan çempionluğu qazanan Ramin Quliyevin əsas komandaya məşqçi təyin olunmasından sonra bu vəzifənin icrasına başlayıb. 2010-cu ildən “Qəbələ”də çalışan mütəxəssis klubun aşağı yaş qrupları üzrə müxtəlif komandalarına çalışıb. Son illər U-19-un baş məşqçisi olan Quliyev ötən mövsüm komanda ilə birlikdə Azərbaycan çempionu adını qazanıb. Bunadək isə o, futbolçu kimi “Termist”, “Turan”, “Xəzri”, “Şəmkir”, “Bakı Fəhləsi”, “Ümid”, “Neftçi” klublarında çıxış edib, məşqçilik karyerasına 2006-ci ildə başlayıb.


Digər xəbərlər

Xəbər xətti