“Zirə” növbəti mövsümə hazırlıq mərhələsində 3-cü yoxlama oyununu keçirib.
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Adil Şükürovun komandası AZAL-la üz-üzə gəlib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən oyun 2:2 hesablı bərabərliklə başa çatıb.
Bununla da, “Zirə” hazırlıq mərhələsinin ilk mərhələsini başa vurub. Komanda sabah təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək. İyulun 30-dək davam edəcək hazırlıq çərçivəsində paytaxt klubu daha üç yoxlama oyununda qüvvəsini sınayacaq.