"Olduqca sevincliyəm, bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım. Əlimdən gələni edəcəm ki, baş məşqçimiz Qurban Qurbanovun mənə göstərdiyi etimadı doğruldum".
Sportarena.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"la yenidən müqavilə imzalayan Vüqar Nadirov deyib.
Təcrübəli futbolçu sözlərinə belə davam edib:
"Hər bir komandada rəqabət var, "Qarabağ"da da məşqlərdə əlimdən gələni edəcəm ki, baş məşqçinin verdiyi tapşırıqları layiqli şəkildə yerinə yetirim. 6 il idi ki, bu komandada oynamışam, klub rəhbərliyini də tanıyıram, onlara da təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağımda dəstək oldular. Çalışacam həm avrokuboklarda, həm də çempionatda komandaya xeyir verim".
Futbolçu komandanın azarkeşlərini də yaddan çıxarmayıb:
"Qarabağ" azarkeşləri bizim ürək yerimizdir. Çalışacam ki, onları sevindirim".