"Qarabağ"ın yetirməsi olan Vüqar Nadirov yenidən doğma komandasına qayıdıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu ilə bir illik müqavilə imzalanıb.
Vüqar Nadirov peşəkar karyerasına "Qarabağ"da başlayıb. O, 2004-cü ilə qədər "Qarabağ"da forma geyinib, 2009-cu ildə yenidən komandaya qayıdan Nadirov yenidən 6 il Ağdam klubunun forması geyinib.