AZAL-ın qapıçısı Stanislav Namaşko karyerasını Yunanıstanda davam etdirəcək.
Sportarena.az xəbər verir ki, moldovalı qolkiper Yunanıstanın "Levadiakos" klubu ilə razılığa gəlib. O, klubla iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2014-cü ildən AZAL-ın heyətində çıxış edən futbolçu "təyyarəçilər"in forması ilə 54 oyun keçirib.