Bu gün "Sumqayıt" klubu təlim-məşq toplanışının 1-ci mərhələsi dövründə ilk yoxlama oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, "kimyaçılar" Premyer Liqanın son mövsümün gümüş mükafatçısı "Zirə" ilə qarşılaşacaq.
"Kapital Bank Arena"da keçiriləcək görüş saat 18:30-da start götürəcək.