Azərbaycan millisi Hollandiyanın paytaxtı Amsterdamda keçirilən atletika üzrə Avropa çempionatında ilk medalını qazanıb.
Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, qadınların çəkicatma yarışlarında ölkəmizi təmsil edən Anna Skidan uğurla çıxış edib.
24 yaşlı atletimiz Avropa çempionatını 3-cü yerdə başa vurub. Bürünc medal qazanan Skidan 3-cü cəhdində 73,83 m nəticə göstərib.
O, yarışın qalibi polşalı Anita Vlodarskidən 4,31 m, gümüş qazanan almaniyalı Betti Heydlerdeən 1,94 m geri qalıb.
Qeyd edək ki, Skidan Rio-2016-da da ölkəmizi təmsil edəcək.