"Sumqayıt" "Şuşa-Qarabağ"a qalib gəldi

17:09 8 İyul 2016

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" klubu təlim-məşq toplanışının 1-ci mərhələsi dövründə ilk yoxlama oyununu keçirib. 

 

Sportarena.az xəbər verir ki, "kimyaçılar" yeni mövsümdən I divizionda çıxış edəcəyi gözlənilən "Şuşa-Qarabağ" klubu ilə qarşılaşıb. Matç "Sumqayıt" klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu Mirabdulla Abbasov vurub.


Qeyd edək ki, komanda növbəti yoxlama oyununu iyulun 10-da "Zirə"yə qarşı keçirəcək. Qarşılaşma saat 18:30-da "Kapital Bank Arena"da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti