Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" klubu bu gün ilk yoxlama görüşünə çıxacaq.
Sportarena.az xəbər verir ki, "kimyaçılar" bu gün növbəti mövsüm I divizionda çıxış edəcəyi gözlənilən "Şuşa-Qarabağ" klubu ilə qarşılaşacaq.
"Kapital Bank Arena"da keçiriləcək matç saat 18:00-da start götürəcək.