Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən AZAL klubu heyətinə yeni futbolçular cəlb edib.
Sportarena.az xəbər verir ki, "təyyarəçilər" İlyas Səfərzadə, Mahsum Qəmbərli və Elvin Həsənəliyevlə raılığa gəlib. Hər üç futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İlyas Səfərzadə və Mahsum Qəmbərli son mövsümü "Xəzər Lənkəran"da, Elvin Həsənəliyev isə "Rəvan"da keçirib.