"Sumqayıt" "Şuşa-Qarabağ" və "Zirə" ilə qarşılaşacaq

21:54 5 İyul 2016

"Sumqayıt" Futbol Klubu 2016/2017 futbol mövsümü üçün hazırlığını baş məşqçi Samir Abasovun rəhbərliyi altında gündə iki dəfə olmaqla davam etdirir. 

 

Sportarena.az xəbər verir ki, komanda təlim-məşq toplanışının 1-ci mərhələsi dövründə iki yoxlama oyunu keçirməyi planlaşdırır.


"Sumqayıt" iyulun 7-də 1-ci divizion təmsilçisi "Şuşa-Qarabağ"la üz-üzə gələcək. Oyun saat 18:00-da "Kapital Bank Arena"da baş tutacaq. İyulun 10-da komanda növbəti yoxlama matçına çıxacaq. Bu dəfə rəqib "Zirə" olacaq. Bu görüş isə həmin arenada 18:30-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti