Avstriyada təlim-məşq toplanışını yekunlaşdıran və Bakıda Çempionlar Liqasının hazırlıqlarına start verən "Qarabağ" klubu bu gün paytaxtda növbəti yoxlama görüşünü keçirəcək.
Sportarena.az xəbər verir ki, son ölkə çempionu bu gün Premyer Liqanın gümüş mükafatçısı olan "Zirə" ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da start götürəcək.
5 iyul
21:00. "Qarabağ" - "Zirə"