Ramin Musayev 3-cü dəfə PFL prezidenti seçildi

11:57 5 İyul 2016

Bu gün AFFA-nın inzibati binasında  Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsinə seçki keçirilib. 

 

Sportarena.az xəbər verir ki, mərasimdə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak ediblər.

Prezident postuna yeganə namizəd Ramin Musayev olub. 

Bununla da R.Musayev 3-cü dəfə PFL-in prezidenti seçilib.

 

Xatırladaq ki, Musayev PFL yarandığı vaxtdan - 2008-ci ilin iyulun 2-dən ona başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti