"Qarabağ" daha bir yoxlama oyunu keçirəcək: bu dəfə Bakıda

01:26 4 İyul 2016

Avstriyada təlim-məşq toplanışını yekunlaşdıran və Bakıda Çempionlar Liqasının hazırlıqlarına start verən "Qarabağ" yoxlama oyunu keçirəcək.

Sportarena.az xəbər verir ki, "Qarabağ" klubu ötən mövsüm Premyer Liqanın gümüş mükafatçısı "Zirə" ilə qarşılaşacaq. Oyun iyulun 5-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 12-si saat 21:00-da Lüksemburq təmsilçisi "F91 Düdelanj"la qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti