"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstan "Samtredia"sı ilə görüşə itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, komanda Asif Məmmədovun köməyindən istifadə edə bilməyəcək. Buna səbəb futbolçunun zədəli olmasıdır.
Qeyd edək ki, "Qəbələ" - "Samtredia" oyunu təmsilçimizin 5-1 hesablı qələbəsiylə başa çatmışdı. Cavab qarşılaşması isə iyulun 7-də Zestafoni şəhərində keçiriləcək.