Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün vətənə qayıdıb.
Sportarena.az xəbər verir ki, komanda sabahdan etibarən Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı"F91 Düdelanj"la (Lüksemburq) matçın hazırlıqlarına start verəcək.
Qeyd edək ki, Ağdam klubu Avstriyada 3 yoxlama oyununda qüvvəsini sınayıb. Belə ki, son Rusiya çempionu "Zenit"i 1-0 hesabıyla məğlub edən "Qarabağ" Avstriyanın "Vekker” və Albaniyanın "Skenderbeu” klublarına eyni hesabla uduzub.