Avstiyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün növbəti yoxlama oyununa çıxacaq.
Sportarena.az xəbər verir ki, son ölkə çempionunun rəqibi Albaniyanın "Skenderbeu" klubu olacaq. Matç bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bunadək "Qarabağ" iki yoxlama görüşündə qüvvəsini sınayıb. Belə ki, ilk görüşdə İnsburq "Vakker"lə qarşılaşan Ağdam klubu 0:1 hesabı ilə məğlub olmuşdu. Növbəti qarşılaşmada Rusiyanın "Zenit" klubu ilə qarşılaşan komandamız 1:0 hesablı qələbə qazanmışdı.