Avstriyada təlim-məşq toplanışında olan son ölkə çempionumuz "Qarabağ" klubu bu gün növbəti yoxlama görüşünü keçirib.
Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bu gün Rusiya nəhəngi - "Zenit"lə qarşılaşıb. Matç 1:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb. Oyunda yeganə qolu 81-ci dəqiqədə Rahid Əmirquliyev vurub.
Qeyd edək ki, ilk yoxlama görüşünü İnsburq "Vakker"i ilə keçirən Ağdam klubu 0:1 hesabı ilə məğlub olmuşduş
Yoxlama oyunu
28 iyun
20:00. "Qarabağ" - "Zenit"